12 aprel 2011 13:50
Georgi Nikolovdan hakimliyə sərt tənqid
“İnter”in prezidenti Georgi Nikolov kifayət qədər sərt şəkildə Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyunundakı hakimliyi tənqid atəşinə tutub. Azerisport.az xəbər verir ki, “bankirlər”in prezidenti klubun rəsmi saytındakı guşəsində bunları vurğulayıb:
“Aprelin 9-da "Şəfa"da baş verən həngaməni əminliklə ən yaxşı komediya nümunələri sırasına qatmaq olar. Elə anlar olurdu ki, bütün stadion "aktyor"ların məzhəkələrinə uğunurdu.
Düzdü, tamaşa "marionet teatrı"na bənzəyirdi, iplər yaxşı görünürdü, bəzən komiklər "səhnə"də itirdilər. Ancaq necə deyərlər - bu canlı tamaşanın xətalarıdı, səhvlər isə pyesin gedişində düzələ bilər.
Ən nəhayət, dəbdəbəli sarı geyimli arlekinlər dramaturgiyanı ssenarist və rejissorun dodaqlarından diqqətlə oxuyaraq öz "Oskar"larını aldılar”.
