12 aprel 2011 14:04
AFFA İnter – Neftçi matçında penalti olmadığını təsdiqlədi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turunun “İnter” – “Neftçi” matçı ilə bağlı maraqlı qərarlar çıxarılıb.
Belə ki, matçın 85-ci dəqiqəsində “İnter”in futbolçusu Kaxaber Mjavanadze əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin oyunun videoyazısına baxıldığı zaman futbolçunun bilərəkdən əllə oynamadığı aşkarlanıb. Bu səbəbdən də futbolçuya 85-ci dəqiqədə göstərilən sarı vərəqə ləğv edilib. Oyundan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
