12 aprel 2011 14:12
Mahir Şükürov Qəbələ`yə keçir
Yığmamızın müdafiəçisi Mahir Şükürov özünə yeni klub axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin üzvü hazırda “Qəbələ” ilə danışıqlar aparır.
28 yaşlı futbolçu böyük ehtimalla tezliklə Toni Adamsın komandasıyla müqavilə bağlayacaq. Xatırladaq ki, Şükürov “Anji”dən ayrılandan bəri klubsuzdu və hazırda “Neftçi”nin düşərgəsində hazırlıq keçir.
