12 aprel 2011 14:28
Abşeron 15 000 manat cərimə olundu
AFFA-nın İntizam Komitəsinin bu günkü iclasında daha bir maraqlı qərar qəbul edilib. Azerisport.az xəbər verir ki, yarışlarda iştirak etmək üçün klubların lisenziyalaşdırılması qaydaları üzrə nəzərdə tutulmuş sənədlərin ilkin təqdimetmə tarixindən idman, infrastruktur, kadr-inzibati, hüquqi və maliyyə meyarları üzrə aşağıda adları göstərilən klublar AFFA-nın Lisenziyalaşdırma qrupuna gecikmələrlə təqdim etmişlər.
Bu səbəbdən də “Abşeron” klubu (15 gün ) – 15000 manat, “Bakılı” klubu (6 gün) – 6000 manat, “Gəncə” klubu (6 gün) – 6000 manat, “Rəvan” klubu – (6 gün) 6000 manat cərimə olunub.
