12 aprel 2011 14:40
AFFA əvəzedicilərlə divizionçuları da cəzalandırdı
İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqada çıxış edən klubların əvəzediciləri arasındakı çempionatın 26-cı, həmçinin birinci divizionun 21-ci turunun oyunları zaman baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 26-cı turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. “İnter” – “Neftçi” matçının 64-cü dəqiqəsində “İnter”in futbolçusu Aleksandr Qross rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Azərbaycan I divizionunun 21-ci turunun “Sumqayıt” – “Şahdağ” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Şahdağ”ın futbolçusu Yusif Yusifzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
