12 aprel 2011 15:16
"Zaur Tağızadənin Neftçi`dən getməsi barədə xəbərlər yanlışdı"
“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi İqor Getman bu komandada məşqçi kimi çalışan Zaur Tağızadənin getdiyi barədə xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, bununla bağlı münasibətini bildirərkən, xəbərin həqiqətə uyğun olmadığını vurğulayıb:
"Zaur Tağızadə "Neftçi"nin əvəzedici heyətinin məşqçisidi və hazırda bu vəzifəni yerinə yetirir. Onun komandadan getməsi haqqında xəbərlər yanlışdı. Tağızadə məşqçilər korpusu ilə birgə "Neftçi"nin növbəti oyunu üçün hazırlıqda yaxından iştirak edir".
