12 aprel 2011 16:14

Bəxtiyar Soltanov: Buna görə hətta Bakı`nı tərk etməyə hazırlaşırdım

“Bakı”nın hücumçusu Bəxtiyar Soltanov azerisport.az saytına müsahibəsində AZAL ilə son oyun, komandasının ölkə kubokundakı şansları və Vinfrid Şeferin gedişinin onun işinə yaramasından danışıb.
 
- “Bakı”nın son oyunlardakı uğursuzluğunun səbəbi nədədi?
- AZAL ilə sonuncu oyunumuz çətin alındı. Ümumiyyətlə, bu matçda bizim oyunumuz alınmadı. Əgər uduzmuşuqsa, deməli lazımı səviyyədə oynamamışıq. Komandada problemlər hələ də qalmaqdadı. Bilmirəm nə problemdi. Ola bilsin ki, hələ də psixoloji cəhətdən özümüzə gələ bilməmişik. Hər oyuna qələbə əhval-ruhiyyəsi ilə çıxırıq. Sadəcə oyunumuz alınmır. Son məğlubiyyətimiz məni çox məyus etdi.
 
- AZAL-a məğlubiyyətdən sonra “Bakı” hətta çempionluğa nəzəri şanslarını da itirmiş oldu...
- Təəssüf ki, çempionluğumuz artıq mümkün olmayacaq. Heç medal qazanmaq şanslarımız da demək olar ki, qalmayıb. Biz ancaq ölkə kubokunun oyunlarına köklənməliyik. Mümkündü ki, yenidən ölkə kubokuna sahib çıxmaqla ümidləri doğrulda bilərik. Biz azarkeşlərimiz qarşısında günahkarıq. Odu ki, bir çıxış yolumuz var – Azərbaycan kubokunda qələbə qazanmaq.
 
- Hesab edirsiz ki, belə oyunla yarımfinalda “Xəzər Lənkəran”ı keçə biləcəksiz?
- XL-la oyuna kimi hələ vaxtımız var. Belə oyunla ölkə kubokunun finalına yüksələ bilmərik. Özümüzə gəlməli və göstərməliyik ki, biz də futbol oynaya bilirik. “Bakı”da güclü futbolçular çıxış edir. Heyətimizə görə heç bir komandadan geri qalmırıq. Sadəcə meydanda istədiyimiz oyunu göstərə bilmirik.
 
- Bəs “Bakı” avrokuboklara düşə bilməsə necə olacaq?
- Bu haqda heç düşünmək də istəmirəm. Bizim hələ şansımız qalır. Bundan nə dərəcədə yararlana biləcəyimizi zaman göstərəcək. Biz onsuz da bu mövsüm kifayət qədər uğursuzluq yaşamışıq. Heç olmasa ölkə kubokunda uğur qazanmalıyıq ki, bu mövsümü xoş notlarla bitirək.
 
- Sizcə, komandanın bu vəziyyətinə görə kim günahkardı?
- Əlbəttə, ilk növbədə biz futbolçular günahkarıq. Komanda pis oyun səbəbindən 6-cı pillədə gedir. Mən heç turnir cədvəlinə baxmaq istəmirəm. Əgər bizdə oyundan başqa hər şey varsa, deməli, özümüz günahkarıq. Hələ mövsümün əvvəlində bizdə böyük problemlər yaşandı. Əgər “Bakı” bu mövsüm heç nəyə nail ola bilməsə, onda bütün ümidlərimizi növbəti mövsümə bağlamalı olacağıq.
 
- Vinfrid Şefer sizi əvəzedici komandaya göndərmişdi. Yeni baş məşqçi Aleksandr Starkov isə sizi əsas heyətə qaytardı...
- Komandada əla intizam yaradılıb. Uşaqlar böyük həvəslə çalışırlar. Sadəcə oyunumuz alınmır. Bizə bir qədər vaxt lazımdı ki, əsl oyunumuzu qaytaraq. Mənə əsas heyətə dönməyim çox xoşdu. Şeferin mənə qarşı niyə elə etdiyini isə bilmirəm. O, sadəcə mənim əsas heyətə dönüşümü istəmirdi. Mən hətta buna görə komandanı tərk etməyə hazırlaşırdım. Mənim üçün harda oynamağın fərqi yoxdu. Amma mən əsas heyətdə uzun müddət çıxış edəndən sonra əvəzedicilədə çıxış etməyi qəbul edə bilmirdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.