12 aprel 2011 16:24
Mahir Şükürov sabah rəsmən Qəbələ`nin oyunçusu olacaq
Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov artıq sabah rəsmən “Qəbələ”nin futbolçusu kimi təqdim olunacaq. Azerisport.az xəbər verir ki, o, Toni Adamsın komandası ilə münasibətlərini məhz sabah rəsmiləşdirəcək.
Hələlik, Mahirin yeni klubuyla neçə illik müqavilə bağlayacağı dəqiq bilinmir. Lakin məlum olan bir şey var ki, Şükürov yeni komandasının heyətində sadəcə gələn mövsümdən etibarən rəsmi oyuna çıxmaq şansı qazanacaq.
Xatırladaq ki, Şükürov “Anji”dən ayrılandan bəri klubsuzdu və son günlərə kimi “Neftçi”nin düşərgəsində hazırlıq keçirdi.
