12 aprel 2011 16:31
Berti Foqts Aleksandr Starkovla da görüşdü
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün “Bakı” klubunun məşqini izləyib. Azerisport.az xəbər verir ki, məşq başa çatdıqdan sonra Foqts “zolaqlılar”ın baş məşqçisi Aleksandr Starkovla görüşüb.
Mütəxəssislər milli komandada çalışmaqla bağlı təcrübə mübadiləsi aparıblar. Qeyd edək ki, Aleksandr Starkov “Bakı” klubu ilə yanaşı Latviya milli komandasının da baş məşqçisidi.
