12 aprel 2011 11:11
Qarabağ Bakı ilə oyunun hazırlıqlarına start verdi
“Qarabağ” Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, bazar günü “Xəzər Lənkəran”la qarşılaşan komanda dünən yüngül çalışmalarla kifayətlənib.
“Sərin”in idman kompleksində baş tutan çalışma 1 saat davam edib. Bərpaedici xarakter daşıyan çalışmanın ardından bu gün komanda günü tək məşqlə keçirəcək.
Aprelin 16-da “Bakı”nın qonağı olacaq “Qarabağ” Suraxanı qəsəbə stadionunda çalışmasına 17:00-da start verəcək.
