12 aprel 2011 00:08
Sadıqovun komandası xal itkisi ilə üzləşdi
Rusiya Premer Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdığı Mahaçqalanın “Anji” klubu səfərdə “Tom”un qonağı olub.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Geridə qalan 4 oyundan ikisindən heç-heçə, birindən qələbə ilə ayrılan həmyerlimizin komandası hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu komandada həm də millimizin üzvü Mahir Şükürov çıxış edirdi. Lakin bu müdafiəçi müqavilə ilə məxsus olduğu bu klubla yollarını ayırmağa qərar verib.
