12 aprel 2011 12:26
Rauf Mehdiyev: Hələ çempionluğun taleyi həll olunmayıb
“Neftçi”nin qapıçısı Rauf Mehdiyev hesab edir ki, hələ Premyer Liqada çempionluğun taleyi müəyyənləşməyib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarşıda daha 6 tur var. Yəni hər şey ola bilər. Bəzi mətbuat orqanları artıq belə hesab edir ki, çempionluq bizim cibimizdədi. Amma sizi əmin edirəm ki, hələlik heç nə məlum deyil”.
