12 aprel 2011 12:40
100 illik yubiley tədbirinin vaxtı dəyişdirildi
Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı AFFA tərəfindən “Buta Palace”da təşkil olunacaq təntənəli mərasimin vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, tədbir iyunun 8-də yox, iyunun 6-da keçiriləcək.
Qeyd edək ki, vaxtın dəyişdirilməsinin səbəbi kimi təşkilati işlər göstərilir. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
