13 aprel 2011 14:52
Ramiz Məmmədovun komandası 1/8 finala yüksəldi (YENİLƏNİB)
Bu gün Qazaxıstan kubokunda yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, bu ölkənin “Atırau” klubunu çalışdıran azərbaycanlı baş məşqçi Ramiz Məmmədov da kubokakı ilk sınağına məhz bu gün çıxıb.
Həmyerlilərimizin komandası 1/16 final mərhələsində “Astana” ilə qarşılaşıb. Bir oyundan ibarət bu mərhələdə “Atırau” aşağı divizion təmsilçisi olan bu komandayla rəqib meydanında münasibətlərinə aydınlıq gətirib. Oyunun əvvəlində 2 qol vuran həmyerlilərimizin komandası üstünlüyünü sonadək qoruyaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.
Lakin Məmmədovun yetirmələrini 1/8 finalda çətin sınaq gözləyir. Belə ki, onlar yollarına davam etmək üçün CSKA - "Tobol" cütünün qalibi ilə görüşməli olacaq. Həmin qarşılaşma isə aprelin 20-də baş tutacaq.
Qazaxıstan kuboku
1/16 final
13 aprel
ASTANA – ATIRAU – 0:2 (0:2)
