13 aprel 2011 13:44
Mahir Şükürov rəsmən Qəbələ`də
Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov artıq rəsmən “Qəbələ”nin futbolçusudu. Azerisport.az xəbər verir ki, o, bu gün Toni Adamsın komandası ilə münasibətlərini tam rəsmiləşdirib.
Belə ki, tərəflər arasında iki illik müqaviləyə imza atılıb. Lakin məlum olduğu kimi, Şükürov yeni komandasının heyətində sadəcə gələn mövsümdən etibarən rəsmi oyuna çıxmaq şansı qazanacaq. Çünki, Mahir son klubu “Anji”dən ayrılanda artıq transfer pəncərəsi bağlı idi.
