13 aprel 2011 14:20
Toni Adams: Mahirin peşəkarlığına şübhə etmirəm
“Qəbələ”nin baş məşqçisi Toni Adams Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun komandasına keçidini dəyərləndirib. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssis futbolçunun bugünkü təqdimat mərasimində bunları dilə gətirib:
“Şadam ki, Mahir kimi futbolçunun komandamıza keçidini həll edə bildik. Bu mövsüm bizim üçün tranzit, hazırlıq xarakteri daşıyır. Artıq növbəti mövsümün hazırlıqlarına başlamışıq. Heyətimizdə gücləndirmə işləri aparırıq. Mahir Azərbaycanın təcrübəli və ən yaxşı futbolçularından biridi. Onun peşəkarlığına şübhə etmirəm”.
