13 aprel 2011 15:18
Azərbaycanla oyun öncəsi 1 milyonluq xərc
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstanın Futbol Federasiyası 2 rusiyalı futbolçunun milliləşdirilməsini başa çatdırıb. Azerisport.az xəbər verir ki, bu milliləşdirmə prosesi qazaxlara düz 1 milyon dollara başa gəlib.
Belə ki, Nalçik “Spartak”ında top qovan Kazbek Qeteriyevlə “Amkar”ın üzvü Aleksey Popovun Qazaxıstan millisinin şərəfini qoruması üçün çəkilən xərclər 1 milyon dollara yaxın olub.
Qeyd edək ki, Azərbaycan millisi qazaxlarla ilk oyununu iyunun 3-də səfərdə keçirəcək. “Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
