13 aprel 2011 15:25
AZAL-ın futbolçusu may ayına kimi məşq edə bilməyəcək
Premyer Liqanın son turunda "Bakı" ilə oyunda ciddi zədə alaraq təcili tibbi yardım maşınında xəstəxanaya çatdırılan Eleandro Pema artıq evə buraxılıb. Azerisport.az xəbər verir ki, iki gün əvvəl Mərkəzi Gömrük Hospitalında körpücük sümüyndə əməliyyat aparılan albaniyalı futbolçu bu gün xəstəxananı tərk edib.
Həkimlər onun ən azı 1 ay müalicə olunmasını bildiriblər. Bu səbəbdən Pema may ayının 10-dan sonra komandanın məşqlərində iştirak edə biləcək.
