13 aprel 2011 16:58
Ramin Musayev Neftçi İSM-in Premyer Liqada çıxış etməsi üçün şərtəlri açıqladı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi” İSM-in Premyer Liqaya vəsiqə qazanmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bu məsələyə belə münasibət bildirib:
“Bu klub Premyer Liqada yalnız o halda çıxış edə bilər ki, birinci divizionda ikinci pilləni tutsun. Lakin bunun üçün o, sponsorunu və rəhbərliyini də dəyişməlidi”.
Qeyd edək ki, hazırda bu komanda birinci divizionda 3-cü pillədə gedir.
