13 aprel 2011 18:14
Berti Foqts yenidən Bakı Slavyan Universitetində
Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqs tələbələrlə görüşəcək. Azerisport.az xəbər verir ki, yığmamızın almaniyalı çalışdırıcısının Bakı Slavyan Universitetində təhsil alan tələbələrlə görüşü planlaşdırılır.
Tədbir aprelin 15-də, saat 11:00-da keçiriləcək. Maraq üçün xatırladaq ki, Berti Foqts martın 11-də də Bakı Slavyan Universitetində keçirilən bir tədbirdə iştirak etmişdi və bu, onun sözügedən təhsil ocağına ikinci səfəri olacaq.
