13 aprel 2011 11:11
AFFA nümayəndələri UEFA-nın seminarında
Aprelin 14-də və 15-də Çexiyanın Praqa şəhərində UEFA-nın media ilə bağlı seminarı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA nümayəndələrinin də iştirakı gözlənilir.
Belə ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin mətbuat üzrə mütəxəssisi Şəhla Sultanova da sözügedən tədbirdə iştirak edəcək.
