15 aprel 2011 01:56

Portuqaliya 3 - İspaniya 1 (YENİLƏNİB)

Çempionlar Liqasının ardınca UEFA Avropa Liqasında da 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin ikinci dərəcəli turnirinin yarımfinalına yüksəlmək iddiasında olan 8 ən güclü iştirakçı “dördlüy”ə düşmək üçün son şanslarını sınayıb.
 
Qeyd edək ki, bu mərhələdə Portuqaliya klublarının üstünlüyü diqqət çəkirdi. Birdən-birə 1/4-də 3 klubla təmsil olunan portuqalların bütün komandaları yarımfinala yüksəlməyə çox yaxın idi. Bu mənada “Benfica” və “Porto”nun işi daha asan idi.
 
Hər halda bir həftə öncə baş tutan ilk oyunlarda “Benfica” Hollandiya PSV-sini, “Porto” isə Moskva “Spartak”ını böyükhesablı məğlubiyyətlərlə yola salmışdı. Məhz bu üzdən sözügedən komandaların artıq yarımfinala vəsiqəni böyük ölçüdə təmin etdiyi vurğulamaq olardı. Gözlənildiyi kimi, hər iki komanda sensasiyaya imkan vermədi və səfərdə də istədiyi nəticəni qazana bildi. Xüsusilə, "Porto" səfərdə də 5 qol vurması ilə seçildi. Yeri gəlmişkən, bu günlərdə vaxtından öncə Portuqaliya çempionu adını rəsmiləşdirən “Porto” CSKA-nın ardından ikinci dəfə Rusiya klubunu mübarizədən kənarlaşdırmış oldu.
 
Portəgizlərin daha bir təmsilçisi “Braga” isə səfərdə Kiyev “Dinamo”su ilə qollu heç-heçəyə nail olduğundan, növbəti mərhələyə vəsiqəni cavab görüşündə rəsmiləşdirməli idi. Bu komanda matçın əvvəllərində azlıqda qalsa da, sona kimi qapısını toxunulmaz saxlamaqla səfər qolu sayəsində adını yarımfinala yazdırdı. Beləcə, 3 Portuqaliya klubunun hamısı mübarizəni davam etdirmək hüququ qazandı.
 
Digər qarşılaşma da formal xarakter daşıyırdı. İspaniyada keçirilən oyunda cütün taleyini həll etmiş “Villarreal” Hollandiyanın digər təmsilçisi “Twente” ilə səfər matçında üstünlüyünü əldən verməməli idi. Gözlənildiyi kimi ispanlar da sensasiyaya imkan vermədi və səfərdə də inamlı qələbəyə sevindilər.
 
Avropa Liqası
1/4 final (cavab oyunları)
14 aprel
 
Spartak (Moskva, Rusiya) – Porto (Portuqaliya) - 2:5 (ilk oyun – 1:5)
Qollar: Dzyuba, 52, Ari, 72 - Halk, 28, Rodriqes, 45, Quarin, 47, Falkao, 54, Mikael, 89.
 
Braga (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna) - 0:0 (1:1)
 
Twente (Hollandiya) – Villarreal (İspaniya) - 1:3 (1:5)
Qollar: Bayrami, 23 - Rossi, 59-pen, Ruben, 84-pen, Kani, 89.
 
PSV (Hollandiya) - Benfica (Portuqaliya) - 2:2 (1:4)
Qollar: Dşudşak, 17, Lens, 25 - Luizao, 45, Kardozo, 63-pen.
 
Qeyd edək ki, yarımfinalda "Benfica" "Braga", "Porto" isə "Villareal" ilə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.