13 aprel 2011 12:05
PFL təqvimdə dəyişiklik etməli oldu
“İnter” rəhbərliyi Peşəkar Futbol Liqasına məktub göndərib. Azerisport.az xəbər verir ki, “bankirlər”in məktubunda klubun 9 üzvünün 19 və 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandalarının heyətində təlim-məşq toplanışında iştirakı edəcəyi göstərilib.
Bu səbəbdən də “İnter” klubunun iştirakı ilə Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətlərinin matçlarının aşağıdakı tarixlərdə keçirilməsinə qərar verilib. PFL prezidenti Ramin Musayevin əmrinə əsasən 27-ci turun “Bakı” – “İnter” matçı 15 aprel 2011-ci il tarixindən 27 aprel 2011-ci il tarixinə, 28-ci turun “Turan” – “İnter” matçı 23 aprel 2011-ci il tarixindən 03 may 2011-ci il tarixinə, 29-cu turun “İnter” – “Bakı” matçı isə 29 aprel 2011-ci il tarixindən 30 aprel 2011-ci il tarixinə keçirilib.
