13 aprel 2011 12:12
Qəbələ oyunçularını mükafatlarından məhrum etdi
“Qəbələ” rəhbərliyi komanda üzvlərini hər qələbə üçün müəyyənləşdirilən mükafatlardan məhrum edib. Azerisport.az xəbər verir ki, buna komandanın ilk altılığa düşə bilməməsi səbəb olub.
Məsələ burasındadı ki, “altılıq” oyunlarına kimi hər qələbə üçün futbolçularına 2000 AZN mükafat paylayan klub rəhbərliyi komanda final mərhələsinə vəsiqə qazana bilməyincə, bu məbləği 500 manata endirib. Lakin ikinci altılıq çərçivəsində qazanılan bir neçə qələbənin də mükafatları hələlik futbolçulara çatmayıb.
