13 aprel 2011 12:33
Azərbaycana qalib gəldi, müqaviləsini yenilədi
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Belçikanın Futbol Federasiyası bu ölkə millisinin baş məşqçisi Jorj Leekenslə müqaviləsinin müddətini artırıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis 2014-cü ilə qədər belçikalıların sükanı arxasında çalışacaq.
Qeyd edək ki, əvvəlki müqaviləyə əsasən Leekensin Belçika yığmasındakı fəaliyyət dövrü 2012-ci ildə başa çatacaqdı. Tərəflər arasındakı razılaşmaya rəğmən, hələlik BFF İcraiyyə Komitəsi bu haqda qərarı təsdiqləməyib. Lakin qurumun yaxınlarda təşkil olunacaq iclasında buna razılıq veriləcəyi şübhə doğurmur.
Qeyd edək ki, Belçika yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Brüsseldə Azərbaycan üzərində 4:1 hesablı qələbə qazanaraq, növbəti qitə çempionatının final mərhələsinə yollanmaq üçün əla şans qazanıb.
