13 aprel 2011 00:34
Elxan Məmmədov tarix dəyişikliyinin səbəbini açıqladı
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tədbirlərin keçirilmə tarixinin dəyişdirilməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, yubiley tədbirlərinin iyunun 8-dən 6-na keçirilməsini belə izah edib:
“Bu, təşkilati işlərlə əlaqədardı. İyunun 7-8-də dünya çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək. Biz isə həmin tədbirimizə çoxlu əcnəbi qonaq dəvət etmişik. Əgər onlar iyunun 6-da gəlsələr, 7-də və ya 8-də rahatca qayıda biləcəklər”.
