14 aprel 2011 13:27

XL - İnter: Final mərhələsinin uğursuzları üz-üzə

Həftəsonu baş tutacaq Premyer Liqanın növbəti turunda “Xəzər Lənkəran” doğma meydanda “İnter”lə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən hər iki komandanın öz aralarındakı dueli maraqla gözlənilir.
 
Ötən həftə birinci pilləyə yaxınlaşmaq şansından istifadə edə bilməyən XL final mərhələsinin geridə qalan 4 qarşılaşmasında hələ ki, qələbə qazana bilməyib. Bu turun evdə keçirilməsi nəhayət ki, uğursuz seriyanın qırılmasına kömək edə bilər. Beşinci pillədə qərarlaşmış “İnter”in turnir vəziyyəti isə bir qədər fərqlidi. XL-dan 8 xal geridə olan hazırkı çempion maksimum yuxarı qalxmaqla medal zonasına düşmək üçün çalışır. Lakin onlar da final mərhələsində qələbə üzünə həsrətdi və uğursuzluğa son qoymağa çalışır. Hər iki komanda həm də Azərbaycan kubokunda mübarizəni davam etdirir.
 
Lənkəranda “İnter”ə qarşı bu mövsüm keçirilmiş ilk oyun çempionatın 3-cü turuna təsadüf edib və 0:0 hesablı heç-heçə ilə başa çatıb. Təsnifat mərhələsinin son turunda isə rəqib meydanında keçirilən qarşılaşmada XL qalib gəlib – 3:1.
 
Bu çempionatda 12 dəfə səfər oyununa çıxmış “İnter” bu görüşlərdə 5 dəfə qalib gəlib, 2 dəfə sülh bağlayıb və 5 dəfə məğlub olub. “Xəzər Lənkəran” isə evdə keçirdiyi oyunlarda 8 dəfə qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 1 dəfə məğlub olub. “İnter” ilk altılığın ən az qol vuran komandasıdı – 26 qol. XL-da isə bu göstərici 29-du. Həmçinin cənublular rəqibə nisbətən 7 qol az buraxıb – 14:21.
 
Yuxarıda da qeyd etdiyimiz kimi, final mərhələsinin ötən dörd turunda nə “Xəzər Lənkəran”, nə də “İnter” qələbə qazana bilib. Cənublular bu oyunlarda 3 xal qazandığı halda, rəqib 2 xal qazanıb. Hər iki komanda AZAL-a məğlub olub və “Neftçi” ilə sülh bağlayıb. Son dörd turda “Xəzər Lənkəran” cəmi 1 qol vurub və qapısında 2 qol görüb, “İnter” isə 2 qol vurub, lakin 5 top buraxıb.
 
Milli çempionatlar ərzində “Xəzər Lənkəran” bu günə kimi 8 dəfə öz meydanında “İnter”i qəbul edib. Bu oyunların yarısından çoxu heç-heçə ilə başa çatıb – 5 oyunda tərəflər qalibi müəyyən etməyib. 2 dəfə meydan sahibləri qələbə qazanıb və bir dəfə üstün tərəf “İnter” olub.
 
Ümumilikdə müxtəlif yarışlarda bu iki komanda 21 dəfə üz-üzə gəlib, və bu oyunlar ən çox məhz aprel ayında keçirilib. Bu günə kimi 9 dəfə “Xəzər Lənkəran” və “İnter” bu ayda üz-üzə gəliblər, bu həftə keçiriləcək oyun isə 10-cu olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.