14 aprel 2011 13:45
Muğan Turan`la oyuna tam heyətlə hazırlaşır
“Muğan” Premyer Liqanın növbəti turunun oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, son turda səfərdə Gəncənin eyni adlı komandası ilə sülh bağlayan Salyan təmsilçisi növbəti turda Tovuzun “Turan” komandasını qonaq edəcək.
Şənbə günü start götürəcək oyunun start fiti saat 16:00-da “Şəfa” stadionunda veriləcək. Qeyd edək “ağ-qırmızılılar” ev oyununun hazırlıqlarını da elə bu stadionda davam etdirirlər. Gündə 2 saat olmaqla hazırlıqları mütəzəm olaraq davam etdirən “Muğan” həftəsonu keçiriləcək qarşılaşmaya tam heyətlə hazırlaşır.
