14 aprel 2011 14:38
Rəşad Sadıqov: Biz hələ avrokuboklara vəsiqəni təmin etməmişik
Millimizin kapitanı, “Qarabağ”ın liderlərindən olan müdafiəçi Rəşad Sadıqov hələlik avrokuboklardakı çıxışları haqda düşünmür. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, hazırda milli çempionatda uğur qazanmaq haqda düşünmək lazımdı.
“Bizə ilk növbədə avrokuboklara düşmək lazımdı ki, daha sonra ordakı vəzifələrimizdən danışa bilək. İndidən bu haqda danışmaq tezdi. Çünki kubok vasitəsilə avrokuboklara getmək şansımızı itirmişik. Üstəlik çempionatda da hələ heç nə həll olunmayıb”.
