14 aprel 2011 15:00
Əfsanəvi stadionun üstü bağlanılır (FOTO)
Braziliyanın bütün dünyada məşhur olan ən ünlü və böyük stadionu “Marakana”nın üstü bağlanılacaq. Azerisport.az xəbər verir ki, bu haqda Rio De Janeyronun tarixi binaları qoruma mərkəzindən açıqlama verilib.
Sözügedən qurumun açıqlamasında bildirilir ki, 1950-ci ildə inşa edilən 82 min nəfərlik stadionun üzəri bundan sonra qapalı olacaq. Artıq bu yöndə işlərə start verən aidiyyatı qurumlar əfsanəvi arenanın qapalı olması üçün 437 milyon avro xərc çəkiləcəyini də bəyan edib.
Qeyd edək ki, bu addım FİFA-nın tələbi ilə atılır. Çünki dünya futbol qurumu DÇ-2014-ün təşkilatçısı olan Braziliyadan bütün arenalarının üstünün qapalı olmasını tələb edir. Bu qərarın ardından “Marakana”nın da üzərindəki çatın genişləndirilməsi lazım gəlirdi.
Qeyd edək ki, “Marakana” 1950-ci ildə keçirilən dünya çempionatının finalına ev sahibliyi etmiş arenadı. Həmin DÇ-nin finalında Braziliyanı 2:1 məğlub edən Uruqvay çempion adını qazanmışdı. Həmin finalı isə “Marakana”da təxminən 200 min azarkeş canlı izləmişdi. Lakin sonradan FİFA-nın tələbi ilə arenanın tutum sayı azaldılmışdı.
