14 aprel 2011 15:25
Abşeron`un prezidenti: Nə qədər ki, burdayam İsayev mənimlədi
“Abşeron”un prezidenti Yaşar Rüstəmov son günlər klub və onun ətrafında yaradılan ajiotaja birdəfəlik son qoymaq üçün bu hadisələrə rəsmi münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Mən nə qədər “Abşeron” Futbol Klubuna rəhbərlik edirəmsə, o vaxta qədər də Mirbağır İsayevi komandanın baş məşqçi vəzifəsində görmək üçün lazımınca dəstək verəcəm. Çünki, bizim amalımız birdi. Bizim istəyimiz Azərbaycan millisinin (bütün yaş qrupları ilə yanaşı) və “Abşeron” Futbol Klubunun Avropa və Dünya miqyaslı turnirlərdə layiqli çıxışları, iştirakları və qələbələri naminə çalışmaqdı. Komandanın himayəsi haqqında yalnız onu deyə bilərəm ki, çox hörmət bəslədiyimiz Paşayevlər ailəsinin bizim klubla heç bir əlaqəsi yoxdu”.
