14 aprel 2011 16:33
Almanların Bakıya gələcəkləri tarix dəqiqləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqibi olan Almaniya millisinin Bakıya nə vaxt gələcəyi artıq məlumdu. Azerisport.az xəbər verir ki, Yoahim Lövün çalışdırdığı Bundestim ölkəmizə iyunun 4-də təşrif buyuracaq.
Qeyd edək ki, Berti Foqtsun həmyerliləri iyunun 3-də səfərdə Avstriyanın qonağı olacaq. Almanlar həmin oyundan dərhal sonra isə Azərbaycana gələrək, millimizlə oyuna daha yaxşı hazırlaşmağı hədəfləyirlər.
Millimizin rəqibinin həmin müddət ərzində “Bakı”nın bazasında hazırlıq keçəcəyini də vurğulayaq.
