14 aprel 2011 17:07
Ramin Musayev: Bu şərt iki ildən sonra qüvvəyə minəcək
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın bütün iştirakçılarının hər oyuna 21 yaşadək olan bir yerli futbolçuyla çıxması prinsipinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, klubları qarşısında belə bir şərtin qarşıdakı illərdə qoyulmasını istisna etmir:
“Bu şərt Premyer Liqa klublarının qarşısında 2012/13-cü il mövsümündən etibarən qoyula bilər. Hazırda biz birdən-birə bunu tələb edə bilmərik. Onların heyətində belə göstəricilərə cavab verən oyunçu olmaya bilər”.
