14 aprel 2011 23:31
Millmiz italiyalı futbolçularla sülh bağladı (YENİLƏNİB)
İtaliyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun yetirmələri yerli “Carpenedolo” komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Nurlan Novruzov fərqlənib.
