15 aprel 2011 01:08
Millimiz Atalanta sınağından məğlub ayrıldı (YENİLƏNİB)
İtaliyada təlim-məşq toplanışında olan daha bir millimiz - 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da sözügedən ölkədə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız yerli “Atalanta” klubunun U-16 komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Lakin futbolçularımız meydandan 2 cavabsız qolla məğlub ayrılıb.
