14 aprel 2011 12:01

Saşa Yunisoğlu: Onun belə söz deməsi qətiyyən xoş deyil

“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində Mahir Şükürovun ona komanda yoldaşı olmasından və çempionatın gedişindən danışıb.
 
- Azərbaycan yığmasının müdafiəçisi üçün ikinci altılıqda oynamaq necədi?
- Mənəvi cəhətdən çox pisdi. Demək olar ki, stimulsuz oynayırıq. Özümüzgünahkarıq. Növbətidəfə dahaçoxxaltoplamağaborcluyuq.Amma sağ olsunlar azarkeşlər, hər şeyə rəğmən, oyunlarımıza gəlirlər.
 
- Mahir Şükürovun komandanıza keçidini necə qiymətləndirirsiz?
- Hazırda o, formada deyil. Lakin hazırda ondan heç nə tələb olunmur. O, bizə növbəti ildə qarşıya qoyduğumuz məqsədlərə çatmaqda yardımçı olmalıdı. Çünki qarşıya avrokuboklara düşmək, hətta çempion olmaq tapşırığı da qoyula bilər.
 
- Hesab edirsiz ki, bu, realdı?
- Şübhəsiz ki, bu, güclənmədən də hiss olunur. Axı Mahir də yığmamızın üzvüdü. “Qəbələ” onun transferindən udacaq.
 
- Onun gəlişindən sonra sizin müdafiə xəttinizdə nə kimi dəyişikliklər olacaq?
- Hələ onun hansı mövqedə oynayacağı dəqiq bilinmir. Mahir universal futbolçudu və həm müdafiədə, həm də yarımmüdafiədə çıxış edə bilir. Hər halda bizim sağ cinahla bağlı problemimiz olmayacaq.
 
- Onunla birgə Azərbaycan yığmasında da birgə çıxış edən futbolçu kimi Mahiri hansı mövqedə oynadardız?
- Əgər “Qəbələ”də Rail Məlikov da çıxış etsəydi, Mahiri yarımmüdafiədə oynatmaq daha yaxşı olardı. Onlarda əla tandem alınır. Hazırda hücuma meylli müdafiəçi bizim üçün çox faydalı idi. Ancaq ən yaxşısını Toni Adams bilər. Mahir formada olandan sonra hansı mövqedə oynasa, bizim problemimiz olmaz.
 
- Çempionluq mübarizəsini necə dəyərləndirirsiz?
- Açığı, “Neftçi”dən başqa hansısa komandanın birinci yeri tutması inandırıcı görünmür.. Artıq izləyicilərindən xeyli aralanıb. Balanslaşmış komandaya malikdilər. İkinci pilləni “Qarabağ” tutacaq. Amma burda hər şey daha çox kimin xal itirməsindən asılı olacaq. Bu mənada ağdamlıların “Xəzər Lənkəran”la mübarizədə işi heç də asan olmayacaq.
 
- Avrokuboklarda hansı komandaları görmək istərdiz?
- “Neftçi” hazırda ən yaxşı komandadı. Ümumiyyətlə, onlar həmişə avrokuboklarda oynamalıdı. “Qarabağ” əla və baxımlı futbol sərgiləyir. Onların heyətində çoxlu milli üzvü var ki, beynəlxalq arenada çıxış etmələri daha yaxşı olardı. Növbəti klublara gəlincə, təbii ki, “Xəzər Lənkəran” və mənim üçün ikinci doğma klub olan “Bakı”nın avrokuboklara getməsini istərdim. Lakin paytaxt klubu buna nail olmaq üçün çox çalışmalıdı.
 
- Aprelin 11-dən 14-dək keçirilməsi nəzərdə tutulan toplanışın ləğvini necə qarşıladız?
- Bunu eşidən kimi, düşünməyə başladım ki, görəsən nə baş verir?
 
- Bəs bu sualınıza necə cavab verdiniz?
- Millinin baş məşqçisi də başa düşür ki, hazırda artıq çempionatın həlledici mərhələsidi.
 
- Yeri gəlmişkən, hesab etmirsiz ki, artıq Qazaxıstanla həlledici oyunları düşünməyin vaxtıdı?
- Mən deməzdim ki, onlarla oyunumuz həlledicidi. Digər tərəfdən bu komandayla oyunlarda bizim maksimum xal toplamağımız lazımdı. Səviyyəcə biz demək olar ki, bərabərik. Əgər öz oyunumuzu sərgiləyə bilsək, istəyimizə çatacağıq.
 
- Qazaxıstan yığmasının bir üzvü “Azərbaycanı dağıdacağıq” deyə açıqlama vermişdi. Bunu necə qarşıladınız?
- Belə sözləri eşitmək qətiyyən xoş deyil. Mən özüm də futbolçuyam, amma heç vaxt elə sözlər işlətməmişəm. Halbuki, bunu deməyə kifayət qədər imkanım da olub. Əgər özlərinə bu qədər əmindirlərsə, meydanda göstərərlər. Onda görərik, kim daha güclüdü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.