14 aprel 2011 12:10

“Qarabağ`da hansısa böhrandan danışmaq yersizdi”

“Qarabağ” Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarını tam sürətlə davam etdirir. Azerisport.az xəbər verir ki, gündə bir dəfə olmaqla məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirən komandada itki yoxdur.
 
“Xəzər Lənkəran”la sonuncu oyundan öncə zədələnərək sıradan çıxan Devran Ayhan da sıraya dönüb. Artıq çalışmalarda tam gücüylə məşq edən türkiyəli yarımmüdafiəçinin meydana çıxması üçün heç bir problem yoxdu. Devranı hazırkı durumu haqda isə bunları dilə gətirib:
 
“Xəzər Lənkəran”la oyundan öncə sağ dizimdən zədə almışdım. Daha dəqiq desək, ayağıma qan yığılmışdı. Amma şükürlər olsun ki, indi problem aradan qalxıb. Tam sərbəst məşq edirəm. Oynamamağım üçün heç bir problem yoxdu”.
 
Devran çempionatın geridə qalan hissəsini də dəyərləndirib: “Olduqca gərgin çempionat keçir. Heç bir oyunun nəticəsinin öncədən deyə bilməzsən. “Qarabağ” olaraq əla formadayıq. Heyətimiz yetərincə genişdi. Son 2 oyunda qələbə qazana bilməsək də, hər hansısa böhrandan danışmaq yersizdi. Özəlliklə, son oyunda heç də pis çıxış etmədik. Sadəcə qol vura bilmədik. Qarşıdan “Bakı”yla oyun gəlir. Bakı təmsilçisi cari mövsüm heç də qənaətbəxş çıxış etməsə də, təhlükəli komandadı. Qələbə qazanmaq istəyəcəklər. Ona görə də maraqlı oyun olacağını düşünürəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.