14 aprel 2011 12:31
Berti Foqts Qəbələdə
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qəbələ şəhərinə gedib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis gün “Qəbələ” klubunun bazasında, həmçinin Futbol akademiyasında mövcud şəraitlə tanış olub.
O, bildirib ki, ölkə futbolunun inkişafı məqsədilə burada görülən işlər təqdirəlayiqdi və gələcəkdə öz bəhrəsini verəcək. Daha sonra millinin baş məşqçisi “Qəbələ” klubunun məşqini izləyib.
