14 aprel 2011 12:41
Aleksandr Starkov Spartak`ı çalışdıra bilər
“Bakı” futbol klubunun baş məşqçisi Aleksandr Starkov Moskva “Spartak”ının baş məşqçi postuna namizəd göstərilir. Azerisport.az xəbər verir ki, o, hazırda bu komandanı çalışdıran Valeri Kaprinə əsas əvəzedicilərdən biri kimi göstərilir.
Karpinin isə bu gün keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsinin “Porto” ilə cavab oyunundan sonra istefaya getməsi gözlənilir. Çünki Portuqaliyadakı səfər matçında rəqibinə darmadağın olan Rusiya təmsilçisinin bu günkü ev oyununda hansısa sensasiyaya imza atması inandırıcı görünmür.
Maraq üçün qeyd edək ki, Starkov "Bakı" ilə yanaşı həm də Latviya millisinin çalışdırıcısıdı.
