15 aprel 2011 01:25
Rəşad Sadıqov: Kapitan etirafı
Azerisport.azsaytının qonağı olan Azərbaycan millisinin kapitanı, Ağdamın “Qarabağ” klubunun lideri Rəşad Sadıqov həm bizim, həm də Facebookdakı oxucularımızınsuallarını cavablandırıb.
- Rəşad, gəlin öncə Facebookdakı səhifəmizin oxucularının suallarından başlayaq: Niyə siz hələ də özünüzə normal bir menecer tapa, İspaniya La Liqasında oynaya bilməmisiz? Mən sizi çoxdan orda gözləyirəm.
- (gülür) Allah bu sualı verənin canını sağ eləsin. Amma La Liqa mənlik deyil. Mən orda çıxış edəcək səviyyədə oyunçu deyiləm. Əgər mən uşaqlıqdan ispan qazonlarında top qovsaydım, onda başqa məsələ.
- Niyə siz belə oyunla bizi bütün dünyada biabır edirsiz?
- Hesab etmirəm ki, biz biabır oluruq. Meydana həmişə ən yaxşı vəziyyətdə olan azərbaycanlı futbolçular çıxır. Ancaq təəsssüf ki, bizdə heç də həmişə istədiklərimizi etmək cəhdlərimiz alınmır.
- DÇ-2014-ün püşkatması zamanı Azərbaycan millisinin 5-ci səbətdə yer alması bizim şanslarımızı artırırmı?
- Artıq biz Azərbaycanın zəiflər sırasında olmamasına alışmalıyıq. Artıq hamı futbol oynamağa başlayıb. Sizi buna əmin edirəm. Əgər sabah sizinlə kiçik meydançada oyun oynasaq, düzgün taktika ilə hər şey edə bilərsiz. Deməyim odu ki, hətta ən zəif komandalar da müdafiə olunmağı bacarırlar.
- Bəs bis nə vaxta kimi Lixtenşteyn, Lüksemburq kimi komandalar üzərində qələbələrə sevinəcəyik? Avstriya və Belçikaya da qalib gəlmənin zamanı deyilmi?
- Hesab edirəm ki, biz Belçika (1:4) və Avstriyaya (0:3) belə hesablarla uduzmalı deyildik. Amma Belçika və Avstriyanın, elə Türkiyə və Rusiyanın da səviyyəsi bizdən daha yüksəkdi. İstərdim ki, azarkeşlər də durumu düzgün qiymətləndirsinlər, oyunun içinə girsinlər. Qoy futbol məktəblərini, klublarımızın, yığmalarımızın bazalarını müqayisə etsinlər. Şəxsən mən Tofiq Bəhramov adına stadionun asfaltında böyümüşəm. Amma bizim indiki rəqiblərimiz həmin vaxt “Ajax” kimi klubların yaşıl meydanlarında qaçırdılar. Yanımda deyəndə ki, futbolumuz 10-15 ildə inkişaf edib, mənə gülməli gəlir.
- Biz yerimizdə sayırıq?
- Son 3-4 ildə yox. Amma o vaxta kimi biz elə yerimizdə sayırdıq. Sadəcə başa düşmək lazımdı ki, baza və meydança təməldi. Suraxanıdakı Tofiq İsmayılov adına stadionda meydança son oyunda çox yaxşı idi. Amma mərkəzi arenada əksinədi. Bizə baza, meydançalar lazımdı. Təkcə uşaqlar yox, elə gənc futbolçular üçün də öz üzərlərində daha yaxşı çalışması üçün şəraitin olması vacibdi.
- Bəs yeni stadionlar?
- Kiçik, kompakt stadionlar lazımdı. 6-7 min azarkeş tutumu olan arenalar. Amma yaxşı qazonu olan. Onda oyunlarımız da maraqlı, baxımlı, sürətli alınar. Oyunlarımız maraqlı olsa, azarkeşlər də gələr. Belədə bizim futbolçularımız da Avropa stadionlarında meydana çıxanda həyəcan keçirməz. Niyə Lənkərandakı oyunlar daha maraqlı keçir? Çünki əla meydança, fəal azarkeş olur. Başqa nə lazımdı ki?
- Facebookdan daha bir sual: Niyə Azərbaycan yığmasında xarakter yoxdu?
- Deməzdim ki, xarakter yoxdu. Biz rəqiblərimizə sadəcə ustalıq səviyyəsinə görə geri qalırıq, xarakterə görə yox.
- Deməzdim ki, xarakter yoxdu. Biz rəqiblərimizə sadəcə ustalıq səviyyəsinə görə geri qalırıq, xarakterə görə yox.
- Belçika ilə oyundan sonra millət vəkili Sabir Rüstəmxanlı milli üzvlərini qoyun sürüsünə bənzətdiyini açıqlamışdı. Növbəti oyunda onun bu sözlərinin səhv olduğunu sübut edə biləcəksizmi? Bu sual da Facebookdandı.
- Mən artıq bir müddət öncə verdiyim müsahibədə də demişdim ki, heç kimin vəsfini qəbul etmək fikrim yoxdu. Heç bir futbolçu buna dözə bilməz. Biz azarkeşlərimiz üçün oynayırıq, Sabir Rüstəmxanlı üçün yox. Biz həqiqətən Belçika ilə oyuna görə tənqidə layiq idik, amma təhqir tam başqa məsələdi. Burda sözlə cavab veriləsi nəsə yoxdu. Ancaq meydanda öz oyunumuzla cavab vermək imkanımız var, bunu da etməyə çalışacağıq.
- Yığmamızın hətta qonşu Ermənistan və Gürcüstanın nəticələrini də qazana bilməməsi utandırıcı deyilmi?
- Biz də qonşularımızdan geri qalmağımıza çox məyus oluruq. Ancaq onların da qruplarında yer alan komandalara baxın, bizim də. Həm də onlar əksər oyunlarını evdə keçirərək uğur qazanıblar. Bizsə, hələlik cəmi bir ev oyununa çıxmışıq. Mən sadəcə azarkeşləri səbrli olmağa və seçmə mərhələnin sonunu gözləməyi tövsiyyə edirəm.
- Artıq 29 yaşınız var. Bəzi həmkarlarımız artıq sizə yığmada əvəzləyici axtarır. Öz yerinizə kimi görürsüz?
- Hələlik mən yığmadan getməyə hazırlaşmıram. Amma konkret sizin sualınıza gəlincə, hələ 4-5 il öncəki müsahibələrimdən də deyirəm ki, öz yerimdə Ruslan Abışovu görürəm. İndi o artıq yığmada çıxış edir, qollar vurur. Həmçinin Əfran İsmayılovun liderlik keyfiyyətlərini də vurğulamaq istərdim. Yeni gənc oyunçularımız da var. Onlardan “Muğan”da çıxış edən Novruz Məmmədovu, “Neftçi”dən Tərlan Quliyevi qeyd edə bilərəm. Sadəcə onlara əsas heyətdə daha çox oynamaq lazımdı.
- Sizin yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə münasibətləriniz də oxucularımız üçün çox maraqlıdı...
- Baxmayaraq ki, biz onunla çoxdan görüşmürük, baxmayaraq ki, son görüşümüz elə də xoş olmayıb, amma mən həmişə demişəm ki, Şahin Diniyev yüksək səviyyəli mütəxəssisdi. O, Azərbaycanın ən yaxşı məşqçilərindən biridi.
- Sizə elə gəlmir ki, son vaxtlar oyununuzda eniş var?
- Mən bununla tam razı deyiləm. Əlbəttə, hərdən olur ki, hər oyunda istədiyin kimi çıxış edə bilmirsən, bəzən yaxşı oynayırsan. Bəzi aspektlərdən baxanda geriləmə də var, digər tərəfdən irəliləyiş də. Məsələn, təcrübə artıq çoxalıb, indi oyunu daha yaxşı oxuya bilirm. Digər tərəfdən, mən artıq 22 yaşında deyiləm və orqanizm əvvəlki deyil. Fiziki cəhətdən bir qədər itirmişəm. Bilirsiz, hər futbolçunun maksimumu var. Ora çatdıqdan sonra daha yüksəlməyə yer qalmır.
- Gələcəkdə məşqçiliklə məşğul olacaqsız?
- Ümumiyyətlə, karyeramın sonunda futboldan kənarlaşmaq istəyirəm. Əgər alınsa, adi azarkeş olacam. Mən artıq 10 ildi futboldayam. İnanın ki, bu qədər vaxt ərzində mən hələ bir dəfə də olsun Antalyaya istirahətə yollanmamışam. Çox gərgin qrafikdi. Mayda mövsüm başa çatır, dərhal yığmanın, avrokubok oyunları başlayır. Istirahətə vaxt yoxdu. Futboldan uzaqlaşdıqdan sonra ilk növbədə istirahət etmək istəyirəm. Daha çox ailəmə, yaxınlarıma həsr etmək istəyirəm. Sona mümkündü ki, yenidən qayıdam.
- Hansı klub prezidenti sizin bir xahişinizlə komandasına götürməyə razı olar?
- Bilirsiz, bundan ötrü mən heç doğma qardaşımdan da xahiş etmərəm. Amma elə yaxşı münasibətdə olduğum klub rəhbərləri var. Məsələn, Sadıq Sadıqov (“Neftçi”nin prezidenti - red.) və Tahir Gözəl (“Qarabağ”ın vitse-prezidenti). Yaxşısı budu, karyeramı qurtarandan sonra bu haqda fikirləşərəm.
- Bu mövsüm “Qarabağ”dan çempionluq gözləyək?
- “Neftçi”ylə uduzmasaydıq, hər şey yaxşı olacaqdı. Bu, çox pis təsir etdi. Amma belə bizdə ilk öncə əsas məqsəd ilk altılığa düşmək idi. O vəzifənin öhdəsindən gəldikdən sonra yenisi qoyuldu: avrokuboklara düşmək. İndi ilk pilləni tutmaq haqda da düşünürük. Hazırda əsas məqsədimiz yenə avrokuboklara düşməkdi. Hər qarşılaşmaya da futbol oynamaq üçün çıxırıq.
- Çempionatımızın hansı sistemlə keçirilməsinin tərəfdarısız?
- Mən 10 komandadan ibarət 4 dövrəli sistemlə çempionat keçirilməsini istərdim. Eyni zamanda bəzi prinsipial oyunlara əcnəbi hakimlərin gətirilməsi də pis olmazdı.
- “Neftçi”yə qayıtmaq barədə düşünmürsüz?
- Karyeramın son ilini “Neftçi”də keçirmək istəyirəm. Amma indi bir neçə il “Qarabağ”ın uğurları üçün çalışmağı hədəfləmişəm.
