15 aprel 2011 01:40
Arif Əsədov: Artıq bunu təkrarlaya bilmərik
AZAL “Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın növbəti turunda qarşılaşacaqları AZAL ilə oyun ərəfəsində komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, heç də sıradan bir oyun olmayacaq. AZAL bizə qarşı xüsusi istəklə oynayacaq. Onların “Xəzər Lənkəran”la oyundakı çıxışları mənim çox xoşuma gəlmişdi. Nazim Süleymanov çox yaxşı komanda yaradıb. Amma biz “İnter”lə son oyunda artıq xal itkisi ilə üzləşmişik və yenidən bunu təkrarlaya bilmərik”.
