15 aprel 2011 13:56
Nazim Süleymanov: Ümid edirəm ki, bu itkilər oyunda öz sözünü demiyəcək
Azərbaycanın AZAL futbol klubunun baş məşqçisi Nazim Süleymanov çempionatın növbəti turunda qarşılaşacaqları “Neftçi” ilə oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. “Bu oyuna bir neçə itkilərlə hazırlaşırıq. Ümid edirəm ki, bu itkilər oyunda öz sözünü demiyəcək. Liderə qarşı oyanayacağımıza baxmayaraq, qələbə qazanmaq niyyətindəyik. Rəqibiz yaxşı oyun nümayiş etdirir. Lakin bizim də öz turnir məqsədlərimiz var. Xal toplamalıyıq. Kim bilir, 3-4 turdan sonra turnir cədvəlində hansı dəyişiklik baş verə bilər”, - Süleymanov dedi.
