15 aprel 2011 14:25
Mirça Rednik: Çempionluq uğrunda əsas mübarizə hələ irəlidədi
Azərbaycanın “Xəzər-Lənkəran” futbol klubunun baş məşqçisi çempionatın qarşıdaki 27-ci turun “İnter”lə oyun barəsində öz fikirləri ilə bölüşdü. “Aydındır ki, son oyunlardan razı qala bilmərik. Buraxdığımız səhvlərdən dərs çıxarmağa çalışırıq ki, qarşıdaki “İnter”lə oyuna daha yaxşı hazır olaq. XL qələbə qazanmalıdı. Çempionluq uğrunda əsas mübarizə hələ irəlidədi”, - Rednik azerisport.az saytına müsahibəsində bildirdi.
