15 aprel 2011 09:35

Elvin Beqiri: İnter`lə oyunda qələbə qazanacağıq

“Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Beqiri azerisport.az saytına müsahibəsində komandasının son oyunundan, eləcə də qarşıdan gələn “İnter”lə görüş öncəsi şanslarından danışıb.
 
- “Neftçi” “İnter”lə oyunda xal itkisi ilə üzləşəndən sonra sizin liderlə fərqi azaltmaq imkanınız olsa da, bundan yararlana bilmədiniz...
- Təkcə biz yox, elə “Qarabağ” da əla şans yaxalamışdı. Hər iki komanda qələbəyə köklənmişdi. Biz daha çox top saxlamağa, hücum qurmağa çalışırdıq. Gizlətmirəm ki, “Qarabağ”ın da kifayət qədər qol vəziyyətləri oldu. Oyunun sonlarında onlar hətta bizi cəzalandırmaq üçün əla imkanlara da malik idi. Fikrimcə, hər iki komandaya çətin oldu. Mümkündü ki, bizim lideri qabaqlamaq şansımız elə də çox olmayacaq. Ancaq bir xal qazanmağımızı da normal saymaq olar.
 
- XL “Neftçi”dən 6 xal geri qalır. Artıq onların məqsədə böyük ölçüdə çatdığını demək olar?
- Bizim hələ qarşıda “Neftçi” ilə oyunumuz var. Onlar həmçinin “Qarabağ”la da görüşəcəklər. Bütün komandalar “Neftçi”ni saxlamağa çalışır. Hamının onlara qarşı xüsusi motivasiya ilə oynaması təbii ki, rəqibimizə çətinliklər yaradacaq. Odu ki, məncə, çempionluğun taleyi hələ həll olunmayıb. Lider hələ xal itirəcək, buna əmin olmaq lazımdı.

- Final mərhələsində qələbə qazana bilməmisiz. Komandanızda nə baş verir?
- Birinci altılıqda ən güclü komandalar çıxış edir. Ona görə də belə komandalarla daim oynamaq çox çətindi. Bəzi oyunlarda bizim çox yaxşı şanslarımız olsa da, bəxtimiz gətirmir. Amma hələ özümüzə gəlmək üçün zamanımız var. Hələ 6 tur qalır və heç kim özünü sakit apara bilməz. İnanıram ki, “İnter”lə oyunda tam fərqli XL görə biləcəksiz. Nəhayət ki, bu oyunda qələbə qazanacağıq.
 
- Əgər yenə xal itirsəz, ikincilik uğrunda mübarizə aparmalı olacaqsız...
- Biz hələlik çempionluqdan imtina etməyə hazırlaşmırıq. “Qızıl” uğrunda “Neftçi” ilə yanaşı “Qarabağ” və XL da mübarizə aparır. Sona kimi oynamalı olacağıq. Nə vaxt ki, artıq şans qalmadığını görsək, onda ikincilik barədə fikirləşərik. Amma belə hələlik heç nə həllini tapmayıb. Hələ heç kim çempionun adını açıqlaya bilməz.

- “İnter”lə oyundakı şansları necə dəyərləndirirsiz?
- Onların “Neftçi” ilə oyununu görmüşəm. Çempion həmin matçda əla oynadı. Hakim penalti təyin etməsəydi, “bankirlər” qələbə qazanacaqdı. “İnter” hazırkı çempiondu və onlarla qarşılaşmada asan oyun gözləməyə dəyməz.
 
- Rəqibin heyətində hansı futbolçuları qeyd edərdiz?
- Kimisə xüsusi vurğulamaq istəməzdim. “İnter” komanda oyunu sərgiləyir. Son iki turda qol vuran Robertas Poşkus çox təcrübəli oyunçudu. O, artıq neçə ildi bu komandada çıxış edir. Ən təhlükəli futbolçularından biridi.
 
- Çoxları hesab edir ki, “İnter” XL üçün münasib rəqib deyil...
- Mən belə deməzdim. “İnter”ə qarşı oyunlar çətin keçir. Amma bir şeyi də nəzərə almaq lazımdı ki, artıq indi münasib rəqib yoxdu. Əgər siz statistikanı nəzərdə tutursuzsa, bundan danışmağa dəyməz. Qələbə üçün biz hər şeyə hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.