15 aprel 2011 15:38
Qurban Qurbanov: Qarşıdaki oyunda qələbə qazanmalıyıq
Azərbaycanın “Qarabağ” futbol klubunun baş məşqçisi qarşıda gələn “Bakı” ilə oyun barəsində azerisport.com saytına öz fikirlərini bildirdi. “Baxmayraq ki, “Bakı” bu mövsümdə uğursuz çıxış edir, biz onlardan ehtiyyatlanmalıyıq. Əsasən də çox təhlükəli hücum xəttlərindən. Biz isə son iki oyunda cəmi bir xal qazana bilmişik. Belə olmaz. Artıq qarşıdaki oyunda qələbə qazanmalıyıq”, - Qurban Qurbanov dedi.
