15 aprel 2011 16:08
İspaniya və Türkiyə yığmaları Azərbaycana gələcək
AFFA tərəfindən Bakı şəhərində ilk dəfə olaraq iyunun 9-dan 17-dək Caspian Cup beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə 1995-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan, İspaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan yığma komandaları iştirak edəcək. (AFFA)
Turnirin təqvimi və oyunların keçiriləcəyi stadionlar barədə məlumat hələ dəqiqləşəcək.
