15 aprel 2011 16:44
Kamran Ağayev Elnur Allahverdiyevin bağışlanmasını xahiş edəcək
Azərbaycanın “Xəzər-Lənkəran” futbol klubunun kapitanı Kamran Ağayev komanda rəhbərliyindən müdafiəçi Elnur Allahverdiyevi bağışlanmasını xahiş edəcək. Azerisport.az xəbər verir ki, oyunçunun özü də komandaya qayıtmaq arzusunda olduğunu gizlətmir. Xatırladaq ki, Allahverdiyev əsas heyətdən “Qarabağ”la oyundan sonra kənarlaşdırılıb.
