15 aprel 2011 17:54
Diniyev: Neftçi`nin uğurlarında mənim rolum yoxdu
Veteran futbolçu, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın gedişindən və məşqçilik karyerasını harada davam etdirəcəyindən danışıb.
- Hazırkı mövsümün gedişini necə qiymətləndirərdiz?
- Hazırda elə bir mərhələdəyik ki, hər bir matç xüsusi əhəmiyyət daşıyır. Qarşıda hələ 6 tur var və indidən nəticələr haqda danışmaq tez olardı. Ən vacibi isə liderlər qrupundakı komandaların öz aralarındakı oyunların necə nəticələnəciyidi. Fikrimcə, çempionluq şansı üç komandada qalıb ki, bunlar da “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”dı. Hər halda bizi maraqlı sonluq gözləyir.
- Hazırda elə bir mərhələdəyik ki, hər bir matç xüsusi əhəmiyyət daşıyır. Qarşıda hələ 6 tur var və indidən nəticələr haqda danışmaq tez olardı. Ən vacibi isə liderlər qrupundakı komandaların öz aralarındakı oyunların necə nəticələnəciyidi. Fikrimcə, çempionluq şansı üç komandada qalıb ki, bunlar da “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”dı. Hər halda bizi maraqlı sonluq gözləyir.
- Artıq çoxları Arif Əsədovun komandasının çempion olacağına şübhə etmir...
- Mənə elə gəlir ki, bunu indidən əminliklə söyləmək üçün çox tezdi. “Ağ-qaralar”ın xal itkisi ilə yanaşı rəqiblərinin bir qələbəsi fərqi aradan götürəcək qədər yaxındı. Mən inanmıram ki, “Neftçi” qalan 6 oyunun hamısında qələbə qazana. Hətta bu komandada oyun planında hər şey qaydasında olsa da belə. Xal itkisi qaçılmazdı. Çox şey onların bundan sonrakı oyunlarda neçə xal toplaya bilməsindən asılı olacaq.
- Hazırkı “Neftçi”nin Çempionlar Liqasında uğurlu çıxışına nə dərəcədə inanırsız?
- Əgər komanda güclənməsə, çətin olacaq. Onların bir qədər güclənməyə ehtiyacı var. Bu, təkcə əsas heyətə yox, ehtiyat qüvvəyə də aiddi. Bəzi oyunçular var ki, ikinci hissədə meydana çıxsa da, heç nəyi dəyişə bilmirlər.
- Yeri gəlmişkən, mövsüm artıq sona yaxınlaşıt. Təklif yoxdu?
- Adətən təkliflər yeni mövsüm ərəfəsində olur. Odu ki, hazırda elə bir təklif yoxdu. Ola bilsin ki, bunu mənim adımın müxtəlif mətbuat orqanlarında hallandırılmasına görə soruşursuz. Bu da normaldı. İşsiz mütəxəssisləri məhz belə hallarda və bu cür yada salırlar.
- Bəs seçim imkanınız olsaydı necə?
- Arzular heç də həmişə gerçək olmur. Nəyisə arzulamaq istəməzdim. Bu, mənlik deyil.
- Əgər yerli və əcnəbi klublardan eyni vaxtda dəvət alsaz, hansını seçərdiz?
- Hər şey həmin təklifin nə dərəcədə ürəkaçan, sərfəli olmasından asılıdı.
- Deyilənlərə görə, “Neftçi”nin uğurlarında sizin də xidmətiniz var. Bu, belədi?
- Mən bilirəm bu söhdətlər nəyə görə yayılır. Biz Arif Əsədovla çoxdanın dostlarıyıq. Hətta deyərdim ki, ailəvi dostuq. Ancaq mən heç vaxt onun işlərinə qarışmağa çalışmamışam. Belə futbol adamı kimi bir-birimizlə çox söhbətlər edirik. Bundan başqa nə danışa bilərik ki?
- Deməli, ona öz məsləhətlərinizi verirsiz?
- Əgər o, nəsə soruşacaqsa, cavab verməyim? Digər tərəfdən məsləhət də verə bilərəm və burda heç bir ciddi şey yoxdu. Lakin “Neftçi”nin uğularında mənim rolum yoxdu.
