15 aprel 2011 18:34
Qarabağ Bakı, XL İnter`lə oyunun favoritidi
“Topaz” bukmeker kontoru Premyer Liqanın 27-ci turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsallarını açıqlayıb. Azerisport.az xəbər verir ki, milli idman-mərc oyunları qurumu elita təmsilçilərinin şanslarını aşağıdakı kimi dəyərləndirib.
Maraq üçün qeyd edək ki, bu turun mərkəzi görüşü “İnter” və “Xəzər Lənkəran” arasında baş tutacaq ki, lənkəranlılar sözügedən görüşdə müəyyən qədər şanslı hesab olunur. “Neftçi” isə AZAL ilə ev oyununun favoritidi. “Bakı”nın “Qarabağ”a qalib gəlmək şansının az qiymətləndirilməsi də diqqət çəkir.
Premyer Liqa
26-cı tur
Muğan– Turan (1,60 – 3,20 – 4,50)
Bakı– Qarabağ (3,20 – 2,70 – 2,10)
XL– İnter (1,80 – 3,00 – 3,70)
Qəbələ – Simurq (1,30 – 4,00 – 7,00)
MOİK – Gəncə (3,50 – 3,00 – 1,85)
Neftçi – AZAL (1,50 – 3,30 – 5,50)
