15 aprel 2011 19:05
Foqts Neftçi – AZAL və Bakı – Qarabağ matçlarında
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts həftəsonu baş tutacaq Premyer Liqanın 27-ci turu çərçivəsində 3 oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmalardan biri ikinci altılıq, ikisi isə birinci altılıq çərçivəsində keçirilən görüşlərdi.
Belə ki, almaniyalı mütəxəssis aprelin 16-da “Muğan” – “Turan” və “Bakı” – “Qarabağ”, aprelin 17-də isə “Neftçi” - AZAL oyununu izləyəcək.
